BAKI, 1 iyun — Sputnik. Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Böyük Sazişin üzərində işləmək üçün işçi qruplarının yaradılmasının vaxtıdır.
Bu barədə jurnalistlərə ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiçlə görüşdən sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
"Münaqişənin həllini nəzərə tutan sülh sazişinin üzərində işlər nə qədər tez başlasa, o qədər yaxşı olar", deyə nazir bildirib.
Məmmədyarov Daçiçlə görüşdə azərbaycanlı girovlar — Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə məsələnin müzakirə olunduğunu deyib.
Onun sözlərinə görə, ATƏT sədri bu məsələnin İrəvanda qaldırılacağına söz verib.
Xarici işlər naziri ATƏT sədri ilə keçirdiyi görüşdə münaqişənin həllinə dair müxtəlif həll variantlarının müzakirə edildiyini vurğulayıb.