08:37 18 Noyabr 2017
Canlı yayım
müdafiə naziri Zakir Həsənov

Zakir Həsənov: Ordumuzun döyüş qabiliyyəti artır

axar.az
QARABAĞ
Qısa URL
1401

Müdafiə naziri general-polkovnik Zakir Həsənov 28 May - Respublika Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrik ünvanlayıb.

BAKI, 27 may — Sputnik. Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ordumuzun döyüşə hazırlıq səviyyəsi, döyüş qabiliyyəti və şəxsi heyətin vətənpərvərlik ruhu dinamik surətdə intensiv olaraq artmaqdadır.

Sputnik xəbər verir ki, bu ifadəni müdafiə naziri general-polkovnik Zakir Həsənov 28 May — Respublika Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə ünvanlanmış təbrikində işlədib.

Nazir bildirib ki, Azərbaycan Xalq Cumhuriyyətinin yaranması respublikamızın tarixində ən əlamətdar hadisələrdən biri olmaqla, xalqımızın azadlıq, müstəqillik arzusu ilə yaşaması əzmini bir daha nümayiş etdirib: “1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, xalqımızın təkidli xahişi ilə Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra onun apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamız müstəqilliyini, varlığını itirmək təhlükəsindən xilas olaraq sivil, demokratik inkişaf yoluna qədəm qoyub”.

Z.Həsənov qeyd edib ki, bir neçə gündən sonra Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ölkəmizin beynəlxalq aləmdə nə qədər böyük nüfuza malik olduğunun və respublikamızın tərəqqisinin təzahürüdür: “İnanıram ki, Siz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və ictimai-siyasi hazırlıqda yeni uğurlar əldə edəcək və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli dövlət bayrağımızı işğal altında olan əzəli və əbədi torpaqlarımızda dalğalandıracaqsınız”.

Əlaqədar

ABŞ Qarabağ münaqişəsinin həlli üçün səylərini davam etdirir
Rusiya Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır
Lavrov: Qarabağ probleminin həlli xarici siyasətimizin prioritetidir
Qarabağ münaqişəsinin davam etməsi Rusiyanın maraqlarına ziyandır

Əsas mövzular