22:15 12 Dekabr 2017
Canlı yayım
Con Kerri

ABŞ Qarabağ münaqişəsinin həlli üçün səylərini davam etdirir

regnum.ru
QARABAĞ
Qısa URL
301

ABŞ dövlət katibi Con Kerri Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib.

BAKI, 27 may — Sputnik. ABŞ dövlət katibi Con Kerri Azərbaycan xalqını 28 May — Respublika Günü münasibətilə təbrik edib.

ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş xəbərə əsasən, dövlət katibi təbrik məktubunda Azərbaycan xalqının 97 il əvvəl müsəlman dünyasında ilk dünyəvi demokratik respublika yaratdığını qeyd edib: “Həmin vaxtdan, eləcə də 1991-ci ildə Sovet İttifaqının tərkibindən ayrılaraq müstəqilliyinizi bərpa etdikdən bəri ölkələrimiz Azərbaycanın müstəqilliyinin təminatında birgə əməkdaşlıq edir”.

Dövlət katibi ABŞ-ın Azərbaycanın "Cənub Qaz Dəhlizi" vasitəsilə Avropanın enerji təminatının şaxələndirilməsindəki rolunu ciddi şəkildə dəstəklədiyini vurğulayıb.

Con Kerri həmçinin Vaşinqton və Bakının terrorizmlə mübarizədə və Əfqanıstanda NATO-nun missiyası çərçivəsində regional və beynəlxalq təhlükəsizliyin təminatında əməkdaşlıq etdiyini qeyd edib.

O ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında, transmilli təhlükələrə qarşı mübarizədə və qanunun aliliyinin təmin olunmasında səylərini davam etdirdiyini qeyd edib. 

Əlaqədar

Rusiya Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır
Lavrov: Qarabağ probleminin həlli xarici siyasətimizin prioritetidir
Qarabağ münaqişəsinin davam etməsi Rusiyanın maraqlarına ziyandır

Əsas mövzular