03:04 18 Noyabr 2017
Canlı yayım
Müdafiə nazirliyi

MN: Ermənistan rəhbərliyi cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb

mod.gov.az
QARABAĞ
Qısa URL
901

Seyran Ohanyanın cəbhədəki vəziyyətə dair fikirləri onun xarakterinə uyğun boş bəyanatlar və vədlər silsiləsindəndir, deyə Azərbaycan Müdafiə nazirliyinin bəyanatında vurğulanır.

BAKI, 26 may — Sputnik. Ermənistan müdafiə naziri Seyran Ohanyanın mayın 25-də parlamentdəki brifinqdə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi və cəbhədəki vəziyyətə dair səsləndirdiyi fikirlər onun xarakterinə uyğun boş bəyanatlar və vədlər silsiləsindəndir.

Sputnik xəbər verir ki, bu fikri APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

“Deyəsən Ermənistanın hərbi-siyasi rəhbərliyi 2014-cü ildə və bu il ərzində cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb. Əgər erməni xalqı növbəti dəfə bu cür zərbələrə məruz qalmaq, evlərinə onlarla tabutun gəlməsini istəmirsə, öz rəhbərliyindən tələb etməlidir ki, Ermənistanın silahlı qüvvələri dərhal və birdəfəlik işğal olunmuş Azərbaycan ərazilərini tərk etsinlər”, deyə mətbuat xidmətindən bildirilib.

Müdafiə Nazirliyinin cavabında qeyd olunub ki, əks halda Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi altında işğalçıya cavab vermək hüququnu özündə saxlamaqla, düşmənin istənilən təxribatının qarşısını daha üstün qüvvə ilə dərhal alacaq və onu məhv edəcək.

Əlaqədar

Cəbhə xəttində atəşkəs rejimi 79 dəfə pozulub
Rusiya Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır
XİN: Qarabağ münaqişənin həlli Rusiya üçün mühüm əhəmiyyət kəsb edir
Teqlər:
hərbi-siyasi, təxribat, düşmən, prezident, cəbhə, tabut, itkilər, Müdafiə Nazirliyi, İlham Əliyev, Seyran Ohanyan, Azərbaycan, Dağlıq Qarabağ, Ermənistan

Əsas mövzular