17:18 14 Dekabr 2017
Canlı yayım
QARABAĞ

Deputat: Rusiya nüfuz qazanmaq üçün Qarabağın həllinə yardım etməlidir

QARABAĞ
Qısa URL
1501

“Rusiya bu gün özünü nə qədər görməməzliyə vursa da, Moskvanın forpostuna olan münasibəti Qarabağ münaqişəsinin həllinin bu günə kimi uzanmasına səbəb olub”, deyə Fəzail İbrahimli vurğulayıb.

BAKI, 26 may — Sputnik. Hələ vaxtı ilə Heydər Əliyev bəyan edirdi ki, Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir və bu bir həqiqətdir.

Bu fikri millət vəkili Fəzail İbrahimli Azərbaycan və Rusiya XİN başçılarının Moskva görüşünün yekunları ilə bağlı mövqe açıqlayarkən deyib.

Mayın 25-də Azərbaycan və Rusiya XİN başçıları Elmar Məmmdəyarov və Sergey  Lavrov arasında görüş olub və bu görüşdə Dağlıq  Qarabağ  münaqişəsinin həlli yolları müzakirə olunub.

“Rusiya bu gün özünü nə qədər görməməzliyə vursa da, Moskvanın forpostuna olan münasibəti Qarabağ münaqişəsinin həllinin bu günə kimi uzanmasına səbəb olub”, deyə millət vəkili vurğulayıb.

Onun sözlərinə görə, əgər Rusiya bu gün dünyada özünə nüfuz qazanmaq istəyirsə, o zaman  Qarabağ məsələsində ədalətli rol oynamalı və problemin həllinə yardım etməlidir: “İkincisi, zaman sübut edir ki, Qafqaz bölgəsində hər hansı iqtisadi və siyası bir layihənin reallaşması Azərbaycansız mümkün deyil. Bu layihənin reallaşması üçün Azərbaycanın imzasına ehtiyac var. Azərbaycanın layihələrin reallaşmasına imza atması üçünsə sayğı göstərmək, ona qarşı ədalətli mövqe sərgiləmək lazımdır. Azərbaycana qarşı ikili standartlara son qoymalıdır.”

Əlaqədar

Jerar Depardye: Rusiya uğrunda ölməyə hazıram
Rusiya Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır
Rusiya-Azərbaycan parlamentlərarası komissiyasının iclası keçirilir

Əsas mövzular