16:11 15 Dekabr 2017
Canlı yayım
Akif Nağı

QAT: nazirlərin Moskva görüşündən nəsə gözləməyə dəyməz

QARABAĞ
Qısa URL
1701

ABŞ və Rusiya Qarabağ məsələsində ortaq məxrəcə gələ bilmədiyindən nəsə optimist bir qərarların qəbul olunmasını gözləməyə dəyməz, deyə QAT sədri bəyan edib.

BAKI, 25 may — Sputnik. Son dövrlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində intensiv danışıqlar prosesinin getməsi onu göstərir ki, hansısa proseslər gedir, amma məhz nə baş verdiyini cəmiyyət bilmir. Bunu Sputnik-ə açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

"ABŞ və Rusiya Dağlıq Qarabağ məsələsində ortaq məxrəcə gələ bilmədiyindən nəsə optimist bir qərarların qəbul olunmasını gözləməyə dəyməz", deyə QAT sədri qeyd edib.

Onun səzlərinə görə, Qarabağ məsələsinin həllində bu iki qüvvənin maraqlarının uzlaşdırılması vacibdir: "Son dövrlərdə Rusiya aktivlik nümayiş etdirir. Moskva Azərbaycanı özünün strateji tərədaşları sırasına cəlb etmək istəyir və bu istiqamətdə ciddi səy göstərir. Rusiya istəyir ki, Azərbaycan onun yaratdığı Avrasiya iqtisadi ittifaqına daxil olsun.

Ancaq Azərbaycanın da şərtləri var. Və əsas şərt də Qarabağ probleminin həlli ilə bağlıdır. Azərbaycan rəhbərliyi istəyir ki, münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinə Rusiya öz töhfəsini versin. Artıq qeyri-rəsmi müzakirələrdə bu istiqamətdə müəyyən razılığın olduğu da bildirilir. Yəni kuluarlarda Moskva Qarabağ münaqişəsinin həllində Azərbaycana yardım etməyə hazırdır. Ən azından Dağlıq Qarabağa bitişik rayonlar işğaldan azad olunsun. Ancaq Rusiya bunun əvəzində digər bufer əraziyə öz sülhməramlılarının yeridilməsini istəyir. Azərbaycan burada təkcə Rusiyanın deyil, digər ölkələrin də sülhməramlılarının yerləşdirilməsində maraqlıdır.

Azərbaycan və Rusiya XİN başçılarının Moskva görüşünə gəldikdə isə onu deyə bilərəm ki, nəsə gözləməyə dəyməz."

A.Nağı onu da əlavə etdi ki, bu gün Azərbaycan Qarabağ münaqişəsinin həllində balanslaşdırılmış siysətə üstünlük verir və bu həm Rusiyanı, həm də Qərbi qane edir: "Hətta Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqamına üzv ölkələrin Riqa sammitində Almaniya kansleri Angela Merkel çıxışında bildirdi ki, "bu gün Azərbaycan nə Avropa İttifaqı, nə də Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqında yer almaq istəmir. Biz də onun bu mövqeyinə hörmətlə yanaşırıq". İndiki məqamda Azərbaycanın nə Rusiya, nə də Avropa İttifaqı ilə olmaması Qərbin marağındadır."

Əlaqədar

Qarabağ münaqişəsinin davam etməsi Rusiyanın maraqlarına ziyandır
XİN: Qarabağ münaqişənin həlli Rusiya üçün mühüm əhəmiyyət kəsb edir
Nazir: Qarabağ münaqişəsi yaxın gələcəkdə həll olunacaq

Əsas mövzular