16:01 15 Dekabr 2017
Canlı yayım
Elmar Məmmədyarov

Nazir: Qarabağ münaqişəsi yaxın gələcəkdə həll olunacaq

atvxeber.az
QARABAĞ
Qısa URL
3502

Xarici işlər nazirimizin fikrincə, həlli mümkün olmayan münaqişə yoxdur.

BAKI, 23 may — Sputnik. “Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nə olursa olsun, həll edəcək. Çünki həlli mümkün olmayan münaqişə yoxdur”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda nikbinlik üçün əsaslar var: “Dağlıq Qarabağ münaqişəsi hazırkı vəziyyətdə qala bilməz.

Problemin həlli üçün beynəlxalq hüquqi baza, eyni zamanda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bütün ölkələr BMT-nin tərkibinə daxil olarkən təşkilatın qətnamələrinə əməl edəcəyinə dair öhdəliklər götürür. Ermənistan isə bu öhdəliyi yerinə yetirmir. Lakin Ermənistan rəhbərliyinə də sağlam düşüncəli insanlar gələcək və onlar başa düşəcəklər ki, qonşularla yaxşı münasibətlər ölkənin uğurunun təminatıdır.

Ermənistanın indiki rəhbərliyinin uzaqgörən olmayan siyasətinin nəticəsidir ki, bu ölkə Cənubi Qafqazda həyata keçirilən bütün layihələrdən təcrid olunub. Əminliklə deyirəm ki, münaqişə yaxın gələcəkdə həll olunacaq”.

Əlaqədar

İkili standartlar Dağlıq Qarabağ münaqişəsinin həllini ləngidir
Robert Sekuta: ABŞ Qarabağ münaqişəsinin həllində səylərini davam etdirir
Minsk Qrupu Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını dəstəkləyir
NATO-da Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr aparılacaq

Əsas mövzular