16:59 14 Dekabr 2017
Canlı yayım
Военный парад в ознаменование 70-летия Победы в Великой Отечественной войне 1941-1945 годов

İkili standartlar Dağlıq Qarabağ münaqişəsinin həllini ləngidir

Фотохост-агентство
QARABAĞ
Qısa URL
2811

Bu gün dünyada mövcud olan ikili standartlar, bəzi hallarda işğalçı ilə işğala məruz qalan tərəflərin eyniləşdirilməsi Dağlıq Qarabağ münaqişəsinin həllini ləngidir.

BAKI, 22 may — Sputnik. "Təəssüf ki, bu gün dünyada mövcud olan ikili standartlar, bəzi hallarda işğalçı ilə işğala məruz qalan tərəflərin eyniləşdirilməsi Dağlıq Qarabağ münaqişəsinin həllini ləngidir".

Bunu "The Business Year" jurnalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi başda olmaqla, bu tipli problemlərin beynəlxalq hüquq normaları əsasında həll edilməsi Azərbaycan üçün çağırışdır:

"Biz 20 ildən artıqdır ki, Ermənistanın işğalından əziyyət çəkirik. Hesab edirəm ki, keçmiş sovet məkanındakı və ümumiyyətlə, dünyadakı bütün münaqişələrə eyni beynəlxalq hüquq normaları prizmasından baxılmalı, onların həlli üçün eyni yanaşma tətbiq edilməlidir. Çünki hər hansı münaqişə həll olunmursa və ya dondurulursa, onda digər münaqişələr üçün zəmin yaranır".

Azərbaycanın qlobal təhdidlərə, o cümlədən terrorizmə qarşı mübarizənin fəal iştirakçısı və beynəlxalq antiterror koalisiyasının üzvlərindən biri olduğunu deyən İ. Əliyev bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə müzakirəyə çıxardığı iki məsələdən biri terrorizmə qarşı mübarizəyə həsr olunub. "Çünki terrorizmin müxtəlif təzahürləri ilə mübarizədə Azərbaycan kifayət qədər problemlərlə üzləşib. Ermənistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 30-dan çox terror aktı həyata keçirilib, nəticədə 2000-dən artıq soydaşımız qətlə yetirilib", — deyə o vurğulayıb.

Əsas mövzular