15:46 20 Noyabr 2017
Canlı yayım
Buhenvald

Buhenvaldda Xocalı soyqırımı xatırlanıb

© AZƏRTAC
QARABAĞ
Qısa URL
Qarabağ (5)
801

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Azərbaycan Tələbə Şəbəkəsi tərəfindən növbəti tədbir İkinci Dünya müharibəsi dövründə nasistlərə məxsus olmuş Buhenvald düşərgəsində keçirilib

BAKI, 20 may, — Sputnik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Azərbaycan Tələbə Şəbəkəsi (ASN) tərəfindən növbəti tədbir İkinci Dünya müharibəsi dövründə nasistlərə məxsus olmuş Buhenvald (Buchenwald) düşərgəsində keçirilib.

Tədbirdə Azərbaycan, İspaniya, Nigeriya, Hindistan, Pakistan, Fransa, Qazaxıstan, Özbəkistan, İran və Slovakiyadan tələbələr iştirak ediblər.

Faşistlər tərəfindən törədilmiş amansız cinayətlərlə tanışlıqdan sonra keçmiş ölüm düşərgəsinin həyətində müzakirələr təşkil olunub. Tələbələrə “soyqırımı” anlayışının hüquqi və siyasi tərəfləri, həmçinin XX əsrin sonlarında erməni hərbi birləşmələri tərəfindən Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında məlumat verilib.

ASN üzvü Ülkər Vəlizadə ermənilərin insanlığa sığmayan cinayətləri barədə danışıb, Xocalıda yüzlərlə insanı xüsusi amansızlıqla qətlə yetirmiş cinayətkarların hələ də cəzasız qaldıqlarını bildirib. Höttingen Universitetində təhsil alan fransalı tələbə Alix de Narbonne təəssüflə qeyd edib ki, ölkəsində insanlar Xocalı soyqırımı haqqında az məlumata malikdir. Slovakiyalı tələbə Matus Sivacek isə Xocalı soyqırımı haqqında həqiqətlərin daha çox insana çatdırılması üçün ASN-ə kömək edəcəyinə söz verib.

Sonra tələbələrə Xocalıya aid kitablar və məlumat vərəqələri təqdim edilib.

Mövzu:
Qarabağ (5)

Əsas mövzular