Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Cəbiş müəllim Süleyman Ələsgərov haqqında - "Qarabağ inciləri" silsiləsindən

Abunə olmaq
Cəbiş müəllim Şuşanın Azərbaycan mədəniyyətinə bəxş etdiyi təkrarolunmaz bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri olmuş Süleyman Ələsgərov haqqında danışır.
Görkəmli bəstəkar və ictimai xadim Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada anadan olub.
Azərbaycan musiqi tarixində və inkişafında istedadlı dirijor, tanınmış pedaqoq və ictimai xadim, professor Süleyman Ələsgərov özünəməxsus fəxri yer tutan bəstəkarlardan biridir. Onun yaradıcılığı Azərbaycan peşəkar musiqi tarixinin parlaq səhifəsini təşkil edir.
Musiqişünasların fikrincə, Süleyman Ələsgərov musiqisi üçün şən, sevindirici əhval-ruhiyyə, emosionallıq, fikrin səmimiyyəti xasdır. Xalq yaradıcılığına xas olan intonasiyalardan, ritmlərdən geniş istifadə edən bəstəkar folklor sənətinin təkraredilməzliyini, orijinallığını öz əsərlərində səmimi şəkildə ifadə edə bilmişdi.
Bəstəkar 2 operanın, 12 musiqili komediyanın, 2 simfoniyanın müəllifi olmaqla yanaşı, tar ilə Azərbaycan xalq çalğı alətləri orkestri üçün 3 konsertin, 200-ə qədər mahnı və romansların müəllifidir.
Azərbaycan Dövlət Konservatoriyasında məşhur pedaqoq, professor Boris Zeydmanın bəstəkarlıq sinfində təhsil alarkən o, Sovet Ittifaqı Qəhrəmanı, general Həzi Aslanova həsr olunmuş simfonik poema, “Məhəbbət gülü” musiqili komediyasını, simli kvartet, skripka, violonçel və fortepiano üçün trio, “Xatirə” əsərlərini yazır.
Süleyman Ələsgərovun violonçel, fortepiano və simfonik orkestr üçün yazdığı ikili konsert onun yaradıcılığında müstəsna yer tutur. Bu əsər milli konsert janrının təşəkkülündə və inkişafında müəyyən mərhələ rolunu oynayıb.
Bəstəkarın yaradıcılığında mahnılarla yanaşı, romanslar da xüsusi yer tutur. Onun romanslarının çoxu Azərbaycan klassiklərinin şeir və qəzəllərinə yazılmışdır.
Süleyman Ələsgərovun 12 musiqili komediyası Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulmuş və bəstəkara şöhrət gətirmişdir. Bu səhnə əsərlərində o, dahi Üzeyir Hacıbəyovun musiqili komediya ənənələrini öz yaradıcılığında davam etdirmişdir.
Sonralar bir-birinin ardınca gələn “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Hərənin öz ulduzu” və sairə musiqili komediyaları bəstəkarın bu sahədə böyük yaradıcılıq imkanlarının göstəricisidir.
Onun musiqili komediyaları arasında “Ulduz” daha çox məşhurdur. “Ulduz” ilk dəfə 1948-ci ildə tamaşaya qoyulub. 1965-ci ildə “Ulduz” Moskvanın Kreml Teatrında göstərilib. Bu musiqili komediya 11 dilə tərcümə edilib. 1964-cü ildə isə bu əsər Azərbaycan Kinostudiyasında ekranlaşdırılıb.
Bəstəkarın yaradıcılığının mühüm hissəsini Azərbaycan xalq çalğı alətləri orkestri üçün əsərlər təşkil edir. Ümumiyyətlə, Azərbaycan xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlər arasında xüsusi yeri məhz Süleyman Ələsgərovun əsərləri tutur.
Bir müddət Azərbaycan xalq çalğı alətləri orkestrinin dirijoru vəzifəsində işləməsi bəstəkara xalq çalğ alətlərinin spesifik xüsusiyyətlərini əsaslı surətdə öyrənməyə kömək etmiş, onun müxtəlif janr və formalarda olan orkestr əsərləri, tar, kamança, balaban, qanun, saz üçün əsərlər yaratmasına təkan vermişdir.
Süleyman Ələsgərov 1957-ci ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 20 ildən artıq bir dövrdə “Xalq musiqisi”, sonra isə “Xalq çalğı alətləri” kafedrasının müdiri olmuşdur. Ömrünün son illərində Süleyman Ələsgərov Bakı Musiqi Akademiyasının “Dirijorluq” kafedrasının professoru, Akademiyanın Şuşa filialının direktoru vəzifəsində çalışmışdır.
Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə dünyasını dəyişib.
Xəbər lenti
0