Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Bakıda AVRO-2020 oyunları

Abunə olmaq
Bakı koronovirus pandemiyası səbəbindən təxirə salınan 2020-ci il Avropa çempionatının dörd oyununa ev sahibliyi edəcək.

AVRO-2020 dörd oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Onlardan üçü "A" qrupu oyunlarıdır və İsveçrə-Uels (12 iyun), Türkiyə-Uels (16 iyun) və İsveçrə-Türkiyə (20 iyun) komandaları arasında baş tutacaq. Azərbaycanın paytaxtı, eləcə də, iyulun 3-də AVRO-2020-nin 1/4 final oyununa ev sahibliyi edəcək.

Qeyd edək ki, bir qədər bundan əvvəl Bakıda keçirilən AVRO-2020 oyunlarının təşkilat komitəsi və AR Nazirlər Kabineti yanında Operativ Qərargah Avropa çempionatı oyunları vaxtı Bakı Olimpiya Stadionundakı yerlərin 50%-nin tutulacağına zəmanət verib.

Bakıda keçirilən AVRO-2020 oyunlarının xarici ölkələrdən olan azarkeşləri UEFA-dan bilet aldıqları və akkreditasiyadan keçdikləri təqdirdə Heydər Əliyev Hava Limanında sadələşdirilmiş qaydada viza ala bilir. AVRO-2020 oyunlarına bilet satışı mayın 15-dən başlayıb. Son məlumatlara görə, ümumilikdə 44 min bilet satılıb. İsveçrə və Uels komandaları arasında keçiriləcək ilk oyuna 6 min bilet satmaq mümkün olub. Türkiyə və Uels yığma komandalarının qarşılaşacağı ikinci oyuna isə 18 min bilet satılıb. Azarkeşlər Türkiyə və İsveçrə komandaları arasında baş tutacaq 1/4 final oyununa daha böyük maraq göstərərək 20 min bilet əldə ediblər.

Xəbər lenti
0