23:32 02 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0183
  • RUB0.0232
İnfoqrafika: Şərqin ilk demokratik dövləti
© Sputnik / Elnur Salayev

1918-ci ildə Azərbaycan Demokratik Respublikasının qurulması ölkənin tarixində möhtəşəm hadisə oldu. İlk respublikanın qurulmasında əsas mərhələlər barədə Sputnik Azərbaycan-ın infoqrafikasında.

Azərbaycan Demokratik Respublikası müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət kimi tarixə düşdü.

Müstəqillik elan olunandan sonra ADR-in Milli Şurası (parlament) Müstəqillik Bəyannaməsi qəbul etdi. Bu bəyannaməyə görə, Azərbaycanın bütün xalqları suveren hüquq sahibi elan edildilər.

ADR dinindən, millətindən, sosial statusundan, cinsindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarına bərabər vətəndaş və siyasi hüquqlar verirdi.

Qısa zaman ərzində respublikada milli bayraq, himn və gerb təsdiq olundu, dövlət dili Azərbaycan dili elan olundu.

Məhz Azərbaycanda Şərq və bir çox Avropa ölkələrindən xeyli əvvəl qadınlara seçki hüququ verildi.

1920-ci ilin yanvarında keçirilən Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi beynəlxalq səviyyədə tanındı.

ADR-in sahəsi, mübahisəli ərazilər nəzərə alınmasa, 114 kvadrat kilometr, əhali sayı 2,8 milyon nəfərdən çox idi. 

Respublika çətin ictimai-syasi dövrdə təşəkkül tapmışdı, buna rəğmən demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahəsindəki fəaliyyəti Azərbaycan xalqınln həyatında böyük iz qoydu.

2021-ci ildə təxminən 30 ildən sonra Ermənistan SQ-nin işğalında olan torpaqlarını azad etməklə Azərbaycan özünün ən əsas bayramlarından birini qalib ölkə kimi qeyd edir.

Eləcə də oxuyun:

Teqlər:
Azərbaycan Demokratik Respublikası, yaranma günü, infoqrafika

Digər infoqrafikalar

Əsas mövzular