Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirləri səbəbindən uzun müddətdir ki, ictimai nəqliyyatın işi ciddi şəkildə məhdudlaşdırılıb: həftə sonları ölkə daxilində avtobuslar işləmir və Bakı metrosu fəaliyyətini tamamilə dayandırıb. Bu vəziyyətdə, əlbəttə ki, taksilər xüsusi əhəmiyyət kəsb etməyə başlayıb.
Xüsusi araşdırmanın nəticəsi göstərib ki, mövcud şəraitdə sorğuda iştirak edən Azərbaycan sakinlərinin yalnız 2,9%-i taksidən istifadə etmir.
Pandemiya dövründə təmasların minimuma endirilməsi nəticəsində mobil tətbiqetmələrdən istifadə olunmaqla sifariş verilən xidmətlərə tələbat da kəskin şəkildə artıb. Taksilər də bu sıraya daxildir: taksi sifarişlərinin çoxu bu cür proqramlar vasitəsilə həyata keçirilir. Gözlənilməz fakt da var: respondentlərin təqribən 90%-i taksi xidmətlərinin haqqını nağd şəkildə deyil, plastik kartla ödəyib.
Azərbaycanlıların taksi xidmətinə münasibətinin necə dəyişdiyi Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında öz əksini tapıb.