14:24 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
İnfoqrfafika: Diplomların tanınması ilə bağlı müraciətlərin statistikası
© Sputnik / Elnur Salayev

Xarici ali məktəblərin diplomlarının Azərbaycanda tanınması hər zaman aktuallığını qoruyub saxlayır. Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasına nəzər salmaqla nostrifikasiya ilə bağlı ölkədə vəziyyətin nə yerdə olduğunu öyrənmək mümkündür.

Hazırda xaricdə təhsil almaq istəyən azərbaycanlılar üçün heç bir maneə yoxdur - əsas odur ki, biliyin və təhsil haqqını ödəyəcək, yad ölkədə xərclərini qarşılayacaq qədər pulun olsun. Ancaq əcnəbi ölkələrin ali məktəblərindən məzun olanları bir məsələ narahat edir: görəsən, aldığım diplom vətənimdə tanınacaqmı?

Məlumdur ki, xarici ali məktəblərin verdiyi bütün diplomlar heç də Azərbaycanda nostrifikasiya prosesini uğurla keçə bilmir. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məlumatına görə, 2017-ci ildən bu günə kimi Azərbaycan Respublikasında xarici universitetlərdən alınan diplomların 25 faizi tanınmayıb.

Qurumun məlumatına əsasən, xarici diplomlar çox vaxt sənəd sahibinin oxuduğu ölkədə tədris almaq üçün tələb olunan müddətdə qalmaması səbəbindən tanınmır. Bundan başqa, əgər diplom sahibi tədris aldığı dili kifayət qədər bilmirsə, bu halda da onun sənədinin tanınmasından imtina olunur.

Sputnik Azərbaycanın infoqrafikasına nəzər salmaqla öyrənmək olar ki, təkcə 2021-ci ilin mart ayında xaricdən alınan 200 diplomun dörddə biri tanınmayıb. Eləcə də, infoqrafikada Azərbaycan vətəndaşlarının xaricdə daha çox hansı ixtisaslar üzrə təhsil aldıqları ilə bağlı məlumat öz əksini tapıb.

Digər infoqrafikalar

Əsas mövzular