07:02 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
İnfoqrafika: Azərbaycanda COVİD-19
© Sputnik / Elnur Salayev

Azərbaycanda koronavirus qurbanlarının sayı günbəgün artır, özü də indi bu xəstəlik daha çox həyatının çiçəklənən çağında olan insanları haqlayır. Belə ki, hazırda koronavirusa ən çox yoluxma halı 30-39 yaş arası insanlar arasında qeydə alınır.

Artıq Azərbaycanda koronavirusa (COVID-19) yoluxmuş vətəndaşların sayı 300 min nəfəri ötüb. Son məlumatlara görə, ölkədə bu xəstəlik nəticəsində dünyasını dəyişənlərin sayı isə 4235 nəfərdir. Həkimlər gündəlik təxminən 30 ölüm halı qeydə alırlar.

Vaksinasiya prosesi Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" preparatı ilə aparılır.

Koronavirusa yoluxma və vaksinasiya ilə bağlı daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış olmaq mümkündür.

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (453)
Teqlər:
qrup, yaş, statistika, yoluxma, Koronavirus, epidemiya, COVID-19

Digər infoqrafikalar

Əsas mövzular