Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda qaytarılan ƏDV-dən necə istifadə olunur

Abunə olmaq
Ölkədə bonus kartlardan istifadə və nağdsız ödənişləri stimullaşdırmaq məqsədilə həyata keçirilən layihələr geniş vüsət alır. Bəs insanlar bu cür yeniliklərdən daha çox hansı məqsədlə istifadə edirlər?

BAKI, 5 aprel — Sputnik. Keçən ilin ortalarından etibarən Azərbaycanda nağdsız ödənişləri stimullaşdırmaq üçün satın alınan mallar və xidmətlərə görə ödənən əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin qaytarılmasını vəd edən "ƏDV geri al" layihəsinin icrasına başlanılıb. Nağdsız ödənişlər üçün vergi məbləğinin 15%, nağd ödənişlər üçün 10%-nin qaytarılması nəzərdə tutulur.

Bu günlərdə Media Təhlil Mərkəzi tərəfindən "ƏDV geri al" layihəsi və bonus/endirim kartları ilə bağlı ictimaiyyətin fikrini öyrənmək məqsədilə sorğu keçirilib. Sputnik Azərbaycan-ın sorğunun nəticəsi əsasında hazırladığı xüsusi materialda insanların geri qaytarılan ƏDV faizindən necə istifadə etdikləri, bundan başqa, ümumilikdə bonus və endirim kartlarından daha çox hansı məhsulları alarkən yararlandıqları barədə geniş məlumat öz əksini tapıb.

Dövlətin "ƏDV geri al" layihəsi, kommersiya qurumlarının isə bonus/endirim kartları ilə bağlı məqsədi nə olursa-olsun, hər bir halda ödədiyin vəsaitin bir hissəsinin bu yolla geri qaytarılması xoş təsir bağışlayır.

Xəbər lenti
0