Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Qədim musiqi alətləri - Simli alətlər

Abunə olmaq
Azərbaycanın qədim milli musiqi alətlərinin arasında simli musiqi alətlərinin də özünəməxsus yeri var.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz tarixi əhəmiyyəti olmuş çoxsaylı simli musiqi alətləri zaman-zaman formalaşaraq, müasir musiqi alətlərinin yaranmasına öz təsirini göstərib və bu günümüzə gəlib çatıb.

Simli çalğı alətləri, əsasən, üç hissədən ibarətdir:

Çanaq (gövdə) — burada səs rezonansı yaranır, formalaşır və güclənir.

Qol — çanağa rezonans verən simlər qolun üstündən keçərək sol əlin barmaqları ilə hissələrə bölünür ki, bu da müxtəlif səslərin alınmasına imkan verir.

Baş (kəllə) — burada simlərin bağlandığı aşıqlar vasitəsi ilə müxtəlif kök qaydaları alınır.

Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada Azərbaycanda populyar olan nəfəsli musiqi alətləri ilə tanış ola, həm də onların səslənməsinə qulaq asa bilərsiniz.

 

Xəbər lenti
0