Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanlılar pərakəndə ticarət şəbəkələrində pullarını nəyə xərcləyiblər

Abunə olmaq
Kafelərə, geyim, məişət texnikası, parfümeriya malları satılan mağazalara gedə, ölkəni tərk edə bilmirik. Yaxşı, bəs ölkə vətəndaşları bu qədər ekstremal şəraitdə pullarını hara xərcləyiblər? Bu barədə daha ətraflı - Sputnik Azərbaycan-ın infoqrafikasında.

 

Ölkədə periodik olaraq müxtəlif sahələrin fəaliyyəti uzun müddətlik dayandırılır: nə istirahətə yollana, nə də dost-tanışla kafedə oturub bir fincan çay içə bilirik. Həftəsonları ictimai nəqliyyatın hərəkəti də dondurulduğundan heç şəhərin mərkəzinə addım atmaq da mümkün olmur. Digər tərəfdən, sms-icazə sistemi evdən kənarda keçirəcəyimiz vaxtı məhdudlaşdırır. Bir sözlə, indi qazancımızı xərcləyə biləcəyimiz yerlərin sayı çox deyil.

Ancaq insanlar hər bir halda pul xərcləməyə yer tapırlar – şəhər mərkəzinə, Dənizkənarı Bulvara ənənəvi gəzintilər indi ərzaq mağazalarına yürüşlə əvəzlənib. Bu, ölkə sakinlərinin yanvar-noyabr ayları ərzindəki xərclərində də öz əksini tapıb. Həmin rəqəmlərlə Sputnik Azərbaycan-ın pərakəndə ticarətlə bağlı xüsusi infoqrafikasında tanış ola bilərsiniz.

Qeyd olunan müddət ərzində vətəndaşlar ərzaq malları, içki və tütün məmulatlarına 2019-cu ilin analoji dövrü ilə müqayisədə 3% daha çox pul xərcləyiblər. Yəqin, adamlar heç yerə çıxa bilmədiklərindən, pullarını ancaq yeməyə xərcələyiblər. Bütün gün evdə təcrid olunmuş vəziyyətdə qalırsansa, bundan başqa nə etmək olar ki? Düzdür, azərbaycanlıların kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına xərclədiyi vəsaitin miqdarı da artıb. Yəqin ki, bu da yenə insanların sosial fəallığının məhdudlaşdırılmasından irəli gəlir. Evdən bayıra çıxa bilməyən ölkə sakinləri daha çox televizor qarşısında vaxt keçirir, kompüterdə oyun oynayır, internetə girir və ümid edək ki, həm də kitab oxuyurlar.

Ötən illə müqayisədə əczaçılıq məhsullarına və tibbi avadanlıqlara xərclənən pulun hansı səbəbdən kəskin şəkildə artdığını söyləməyə isə yəqin ki, heç ehtiyac yoxdur...

Xəbər lenti
0