Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda biznesin dəstəklənməsi

Abunə olmaq
İki mərhələdə həyata keçirilən maliyyə dəstəyi proqramından 130 mindən çox vergi ödəyicisi yararlanıb, ümumilikdə proqram 344 mindən çox vətəndaşı əhatə edib.

Noyabrın 7-dən etibarən Azərbaycanın karantin rejiminin sərtləşdirildiyi on rayon və şəhərində fəaliyyət göstərən sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsinə başlanılıb. Dövlət dəstəyi 9300 ştatlı işçisi olan 1900 sahibkarlıq subyektini, habelə fərdi (mikro) sahibkar kimi qeydiyyatdan keçmiş 13000 vergi ödəyicisini əhatə edəcək.

26 oktyabr 2020-ci il tarixinə olan məlumata görə, işçilərin maaşlarının bir hissəsinin ödənilməsi üçün 204,6 milyon manat, fərdi (mikro) sahibkarlara maddi dəstəyin göstərilməsi məqsədi ilə 77 milyon manat vəsait ayrılıb. İki mərhələdə həyata keçirilən maliyyə dəstəyi proqramından 130 mindən çox vergi ödəyicisi yararlanıb. Ümumilikdə proqram 344 mindən çox vətəndaşı əhatə edib.

Sahibkarlara göstərilən dövlət dəstəyi barədə daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

Xəbər lenti
0