07:18 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İnfoqrafika: Erməni terroru
© Sputnik / Elnur Salayev

Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin atəşə tutması nəticəsində yaralanan mülki şəxslərin sayı iki yüz nəfəri keçib

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölən və yaralanan mülki şəxslərin sayı artmaqda davam edir. Azərbaycan Respublikası Baş Prokurorluğunun 14 oktyabr saat 12:00-a olan statistikasına görə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə edilən hücumlar nəticəsində 43 nəfər ölüb, 214 nəfər yaralanıb.

Bundan əlavə, 277 mülki obyekt, 66 çoxmənzilli yaşayış binası, 1505 fərdi yaşayış binası isə yararsız hala düşüb.

Fövqəladə Hallar Nazirliyi də cəbhə xəttindən xeyli uzaqda yerləşən Azərbaycan bölgələrinin atəşə tutulması nəticəsində yaranan çoxsaylı yanğınlar barədə məlumat yayıb.

Ermənilərin atəşi altında yaşayan insanların həyatı və sağlamlığı üçün təhlükə olduğundan, hazırda bir çox məktəbdə dərslər dayandırılıb və infrastruktur obyektləri bağlanıb.

Mülki əhaliyə dəyən son  itkilər barədə daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiniz.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (596)

Digər infoqrafikalar

Əsas mövzular