Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Yüzdən çox məktəb Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaytarılacaq

Abunə olmaq
Müvəqqəti olaraq Azərbaycanın müxtəlif yaşayış məntəqələrində yerləşdirilmiş işğal olunmuş rayonların təhsil müəssisələri əvvəlki yerinə qaytarılacaq.

Azərbaycanın Təhsil Nazirliyi işğaldan azad olunmuş torpaqlardakı tədris müəssisələri və orada təhsil alan şagirdlərin sayı ilə bağlı məlumat yaymağa davam edir.

Qeyd edək ki, təxminən otuz il bundan əvvəl ermənilərin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində işğal olunmuş ərazilərdəki orta məktəblər Azərbaycanın müxtəlif yaşayış məntəqələrinə köçürülərək orada fəaliyyət göstərməyə başladı. Məsələn, Füzuli və Cəbrayıl rayonlarında vaxtilə mövcud olmuş 86 və 73 məktəbdən hazırda Azərbaycanın müxtəlif rayonlarında, müvafiq olaraq, 80 və 41 tədris müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərdə əslən Dağlıq Qarabağdan olan 22000-dən artıq şagird oxuyur və 3000-dən artıq müəllim dərs deyir.

Bu barədə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

Xəbər lenti
0