Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda tədris prosesinin təşkili

Abunə olmaq
Azərbaycanda 4 mindən çox məktəb pandemiya dövründə məktəbliləri qəbul etməyə hazırlaşır. Təhsil müəssisələrinin qapısından ilk olaraq birinci sinif şagirdləri keçəcək.

Sentyabrın 15-dən Azərbaycanda bir qədər qeyri-adi tədris ili başlayır: 165 mindən çox birinci sinif şagirdi ənənəvi məktəb sıralarına düzülmədən üzlərində maska, əyinlərində isə pandemiya dövründə bir növ qoruyucu kostyum olacaq forma ilə birbaşa parta arxasına keçəcəklər.

Tədris müəssisələrinə girişdə məktəbliləri sanitayzer və termometrlə adam gözləyəcək və ən kiçik nasazlıq əlamətləri olan uşaqlar geri qaytarılacaqlar.

"Hərəyə bir parta" – müəllimlər şagirdləri siniflərdə təxminən bu prinsipi əsas tutaraq oturdacaqlar ki, onlar arasında mümkün olan maksimum sosial məsafəni təmin etsinlər.

Bu il müəllimlərin, şagirdlərin və onların valideynlərinin üzərinə əsl sınaq düşür. Müəllimlər həftədə dörd dərs ərzində bir neçə yeni mövzunu öz yetirmələrinə çatdırmalıdırlar ki, onlar da proqramı artıq evdə mənimsəyə bilsinlər. Qalan yük valideynlərin üzərinə düşür. Təhsil Nazirliyində xəbərdarlıq ediblər ki, geridə qalan uşaqlar gələn ilə sinifdə saxlanılacaqlar.

Nazirlik özü məktəblilər üçün məkanı mümkün qədər genişləndirmək üçün məktəbləri fəal şəkildə inşa və təmir etməyə davam edir.

Yeni tədris ilində məktəb və şagirdlərin sayı haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasında tapa bilərsiniz.

Xəbər lenti
0