Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Ənənəvi, lakin qeyri-adi: Azərbaycanda yeni tədris ili necə olacaq

Abunə olmaq
2020-2021-ci tədris ilində dərslərin hansı qaydada keçiriləcəyi ilə bağlı ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

Azərbaycanda sentyabrın 15-dən təhsil və təlim prosesi bərpa olunacaq. Bu, müəyyən şərtlər daxilində və ölkədəki epidemioloji vəziyyət nəzərə alınmaqla təşkil ediləcək.

Əvvəlcə dərslərə birinci sinif şagirdləri buraxılacaq, partalarda ən son yuxarı sinif şagirdləri oturacaqlar.

Təhsil Nazirliyi ölkənin təhsil müəssisələrində xüsusi karantin rejimi şəraitində tədris prosesinin təşkili üçün müvəqqəti qaydalar hazırlayır. Tezliklə valideynlərə məktəblilərin COVID-19-dan necə qoruna biləcəkləri izah ediləcək. Həmçinin, məktəblərdə dəyişikliklər nədən ibarət olacaq, ənənəvi valideyn iclasları keçiriləcəkmi, hansı hallarda məktəblər yenidən bağlana bilər və s. suallara cavab veriləcək.

Hələlik isə dərslərin başlanmasına hazırlaşmaq lazımdır. Nazirlər Kabinetinin qərarı ilə 2020-2021-ci tədris ili ənənəvi olaraq sentyabrın 15-də başlayacaq, lakin o, heç də adət etdiyimiz qaydada keçirilməyəcək. Təhsil Nazirliyinin hazırladığı sxemə görə, birinci mərhələdə partada yalnız ibtidai sinif şagirdləri əyləşəcəklər. Sonra məktəbəqədər yaşlı uşaqlar və V-IX sinif şagirdləri məktəblərə yollanacaqlar. Epidemioloji vəziyyət sabitləşərsə, X-XI sinif şagirdləri oktyabrın 15-dən məktəbə gedəcəklər.

2020-2021-ci tədris ilinin yeni formatı haqqında ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə etmək olar.

Xəbər lenti
0