20:21 19 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İnfoqrafika: Azərbaycanda yol-nəqliyyat hadisələrinin statistikası
© Sputnik / Elnur Salayev

Bu ilin altı ayı ərzində Azərbaycanda yol-nəqliyyat hadisələrinin statistikası ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiz.

2020-ci ilin yanvar-iyun aylarında ölkədə 760 yol-nəqliyyat hadisəsi baş verib ki, bu da 2019-cu ilin müvafiq dövründəkindən 7,5% azdır, xəsarət alanların sayı isə 5,6% azalaraq 1026 nəfərə düşüb.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, avtoqəza keçirən şəxslərin 325-i həlak olub, 701-i isə yaralanıb. Hadisələrin 41,7 faizi gündüz, 36,3 faizi gecə, 22,0 faizi isə toran vaxtı baş verib. Onların 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,2 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrü ilə eyni səviyyədə qalaraq 249 nəfər, yaralananların sayı 10,1 faiz azalaraq 650 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 41,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,6 faizi bir neçə nəqliyyat vasitəsinin, 23,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 82,2 faizini, yaralananların isə 74,2 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 10 hadisə baş verib. Nəticədə 6 nəfər həlak olub, 11 nəfər yaralanıb. Hadisələrin 70,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Bu ilin altı ayı ərzində Azərbaycanda yol-nəqliyyat hadisələrinin statistikası ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiz.

Digər infoqrafikalar

Əsas mövzular