Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanın dövlət qulluqçuları: yaşı, cinsi və stajı

Abunə olmaq
Son iki onillikdə dövlət qulluğu ilə məşğul olan şəxslərin sayı 30 min nəfərə qədər artıb ki, bunun da təxminən 70% - ni kişilər təşkil edir.

20 il bundan əvvəl "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən sonra bu sahədə geniş qanunvericilik bazası yaradılıb. Bunun sayəsində ölkədə müasir dövlət xidməti sistemi formalaşıb, kadrların peşəkarlığının və sosial müdafiəsinin artırılması üçün lazımi tədbirlər görülüb.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 1 yanvar 2020-ci il tarixinə olan göstəricilərə əsasən Azərbaycanda dövlət qulluqçularının sayı 29,4 min nəfər təşkil edib ki, onların da yalnız 29% - ni qadınlar təşkil edir.

Dövlət qulluqçularının ümumi sayının 4,7% - i ali dövlət hakimiyyəti orqanlarında - inzibati vəzifələrin üçüncü təsnifatı üzrə, 75,6% - i dördüncü və yeddinci təsnifatlar üzrə, 19,7% - i isə dövlət qulluğunun yardımçı vəzifələrində çalışır.

Dövlət qulluqçularının 4,7 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 75,6 faizi 4-7-ci təsnifatları, 19,7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.

Statistiklərin hesablamalarına görə, dövlət qulluqçularının 7,2 faizi 1 ilə qədər, 23,5 faizi 1 ildən 5 ilə qədər, 23,8 faizi 5 ildən 10 ilə qədər, 16,6 faizi 10 ildən 15 ilə qədər, 28,9 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 17,3 faizini 30 yaşadək, 16,3 faizini 30-34 yaşda, 23,8 faizini 35-44 yaşda, 19,9 faizini 45-54 yaşda, 21,3 faizini 55-64 yaşda, 1,4 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

Bundan başqa, məlumdur ki, 2019-cu ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 1022,2 manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 28,3 faiz, 2005-ci illə müqayisədə isə 5,6 dəfə çoxdur.

Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada dövlət xidmətinin statistikası ilə daha ətraflı tanış olmaq mümkündür.

Xəbər lenti
0