22:52 03 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İnfoqrafika: Azərbaycanın dahi lideri
© Sputnik / Elnur Salayev

Müasir Azərbaycan dövlətinin qurucusu, ölkənin və bütün türk dünyasının müasir tarixində dərin iz qoymuş Heydər Əliyev 97 il əvvəl anadan olub.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev ölkənin müasir tarixində vacib rol oynayıb. Onun həyat yoluna Sputnik Azərbaycan-ın infoqrafikasında baxa bilərsiz.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev
© Official website of President of Azerbaijan Republic

Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.

Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.

1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. O, həmin illərdə Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirib.

1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən isə sədri olub və ona general-mayor adı verilib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulunda keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib və respublikanın rəhbəri olub.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
© Official website of President of Azerbaijan Republic

Heydər Əliyev 20 il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb edib.

O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

 1990-cı ilin iyulunda Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.

1991-ci ildə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb. Azərbaycanın o dövrkü rəhbərliyi onu Bakıya rəsmən dəvət etməyə məcbur olub.

 Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

 O, 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini geri götürüb.

 2003-cü il dekabrın 12-də Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Digər infoqrafikalar

  • İnfoqrafika: Uşaqların Beynəlxalq Müdafiəsi Günü
    Last update: 11:00 01.06.2020
    11:00 01.06.2020

    Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar

    Uşaqlarla bağlı daha ətraflı statistik məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

    274
  • İnfoqrafika: 28 may
    Last update: 11:00 28.05.2020
    11:00 28.05.2020

    ADR-in yaranmasının 102-ci ildönümü qeyd edilir

    Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

    1218
  • İnfoqrafika: Sputnik Azərbaycan - 5 il
    Last update: 10:25 25.05.2020
    10:25 25.05.2020

    Sputnik Azərbaycan - Beş il sizinlə

    Sputnik Azərbaycan-la bağlı ətraflı məlumatla agentliyin fəaliyyətinin beşinci ildönümünə həsr olunmuş xüsusi infoqrafikada tanış ola bilərsiz.

    1261
  • İnfoqrafika: Azərbaycanda ipəkçilik
    Last update: 11:00 22.05.2020
    11:00 22.05.2020

    Azərbaycanda ipəkçilik necə inkişaf edir

    Azərbaycanda ipəkçiliklə bağlı ətraflı məlumatlarla tanış olmaq üçün Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikaya baxa bilərsiz.

    2720

Əsas mövzular