Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Cəbiş müəllim əfsanəvi "Belqrad" diviziyası haqda danışır

Abunə olmaq
Böyük Vətən müharibəsində faşizmə qarşı qəhrəmanlıqla döyüşmüş hərbi hissələridən biri də azərbaycanlılardan ibarət 223-cü diviziyadır.

Əlamətdar hadisə - Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümü ərəfəsindəyik. Həmin illərin qəhrəmanlıq hadisələri əvvəlki kimi yaddaşlardan silinmir. Əksinə, atalarımızın və babalarımızın faşist Almaniyası ilə amansız döyüşlərdə göstərdikləri igidliyə görə qürur hissi ildən-ilə güclənir.

Cəbiş müəllim bu dəfə "Belqrad" diviziyası adlanan 223-cü Azərbaycan atıcı diviziyasının keçdiyi şərəfli döyüş yolundan danışır.

223-cü milli atıcı diviziya 1941-ci ilin oktyabrında Azərbaycanda yaradılıb. Onun döyüş yolu Şimali Qafqazdan başlayaraq, Avstriyanın paytaxtı Vyanaya qədər uzanıb.

Müharibə illərində həmin diviziyada komandan olmuş 6 nəfərin arasında general Heybət Heybətovun 17 ay komandirlik fəaliyyəti daha zəngindir. General Heybət Heybətov müharibə illərində general rütbəsi almış Həzi Aslanov və Yaqub Quliyev ilə yanaşı üçüncü azərbaycanlı generaldır. Diviziyanın bütün alayları - 1037-ci alay Suvorov ordeninə, 1039-cu alay Kutuzov ordeninə, 1041-ci alay Suvorov və Kutuzov ordenlərinə, 818-ci alay Boqdan Xmelintski ordeninə layiq görülüb. Diviziyanın döyüşçülərindən 2 nəfərinə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Yuqoslaviyanın paytaxtı Belqradın azad edilməsindəki şücaətinə görə bu hərbi birləşməyə "Belqrad" diviziyası adı verilib.

Xəbər lenti
0