Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Ərzaq mağazalarının dezinfeksiya edilməsi

Abunə olmaq
İnsanlar tez-tez və müntəzəm olaraq ərzaq mağazalarını ziyarət edirlər. Karantin şəraitində mağazaların dezinfeksiya edilməsi xüsusilə vacibdir. Dezinfeksiyanı necə etmək barədə Sputnik Azərbaycan-ın xüsusi videoqrafikasından ətraflı məlumat əldə edə bilərsiniz

Müxtəlif məhdudlaşdırıcı tədbirlərə və qadağalara baxmayaraq, karantin şəraitində insanları qidadan məhrum etmək mümkün deyil. Odur ki, Azərbaycanda da insanlar zəruri məhsulları almaq üçün mağazalara gedirlər. Bununla əlaqədar olaraq, ticarət obyektlərində virusun yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlər böyük əhəmiyyət kəsb edir.

Məhz mağazaların dezinfeksiyası zamanı lazımi normalara riayət edilməsi təkcə işçiləri deyil, həm də çoxsaylı alıcıları qoruyacaq.

Sputnik Azərbaycan xüsusi videoinfoqrafikasında ərzaq mağazalarının dezinfeksiya edilməsinə diqqət yetirməyin lazım olduğunu bildirir. Bu cür ticarət obyektlərinin sahibləri və idarəçilərinə bilmək faydalı olacaq ki, yalnız stellajlar və soyuducu kameraları deyil, hətta qapı dəstəklərinin, alıcıların şəxsi əşyalarının qorunduğu rəflərin, ödəmə terminallarının, kassa konveyerlərinin, səbətlərin, arabaların, zibil qablarının və s. dezinfeksiya edilməsi çox vacibdir.

Xəbər lenti
0