CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəbiş müəllim məşhur general Həzi Aslanov haqqında

Abunə olmaq
Sputnik Azərbaycan-ın "Cəbiş müəllim" layihəsi bu dəfə görkəmli hərbi xadim, istedadlı sərkərdə, Böyük Vətən müharibəsi qəhrəmanı Həzi Aslanov haqqında danışır.

Məşhur sovet Azərbaycan hərbi sərkərdəsi, qvardiya tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov 110 il bundan əvvəl Lənkəranda anadan olub.

Həzi Aslanov Böyük Vətən müharibəsi illərində göstərdiyi şəxsi igidlik və şücaətə görə, 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qızıl Ulduz ordeni, Sovet İttifaqı Qəhrəmanı adı, İkinci Sovet İttifaqı Qəhrəmanı adı, habelə Lenin ordeni və medallarla təltif edilib.

Ötən ilin sonunda Prezident İlham Əliyev görkəmli hərbi xadimin anadan olmasının ildönümü münasibətilə 2020-ci ildə yubiley tədbirlərinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan "Cəbiş müəllim" layihəsinin növbəti buraxılışında sərkərdənin şərəfli döyüş yolunun əsas mərhələlərindən, faşizm üzərində qələbəyə verdiyi töhfələrdən bəhs edir.

Xəbər lenti
0