00:33 31 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İnfoqrafika: Maaş
© Sputnik / Elnur Salayev

Azərbaycanın 2020-ci il büdcəsində təhsil, səhiyyə və hüquq-mühafizə sahələrində çalışan işçilərin maaşlarının maliyyələşdirilməsinə 6,7 milyard manatdan çox vəsait ayrılıb.

Azərbaycan əmək bazarında muzdla işləyənlərin əksəriyyəti, ən azı rəsmi olaraq, büdcə təşkilatlarında çalışır. Onların əksəriyyəti səhiyyə, təhsil və hüquq-mühafizə orqanlarının işçiləridir. Minimum əmək haqqının artması birbaşa onların maaşlarına təsir göstərir. Nəticədə Azərbaycan bu göstəriciyə görə, postsovet məkanında qabaqcıl yerlərdən birini tutur.

Belə ki, son bir ildə ölkədə muzdla işləyən işçilərin orta aylıq əmək haqqı 635 manata, o cümlədən paytaxtda orta hesabla 867 manata çatıb. Bu da bir il əvvələ nisbətən on faiz çoxdur.

Bir çox cəhətdən vətəndaşların gəlirlərinin artması Prezident İlham Əliyevin sərəncamları ilə son bir ildə minimum əmək haqqının direktiv şəkildə 130 manatdan 250 manata qədər qaldırılması ilə əlaqədardır.

Onu da qeyd edək ki, 2020-ci il büdcəsində əməkhaqqı xərcləri 6.721 milyard manat səviyyəsində planlaşdırılıb. Bu da 2019-cu ilə nisbətən 2.029 milyard və ya 43.5% çoxdur, ümumilikdə büdcə xərclərinin dörddə birini təşkil edir.

Dünyanın müxtəlif ölkələrində, o cümlədən, post-sovet məkanında həkimlərin, polislərin və müəllimlərin maaşları haqqında daha çox məlumat əldə etmək üçün Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikaya baxın.

Digər infoqrafikalar

Əsas mövzular