08:05 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İnfoqrafika: Son 10 ildə Azərbaycanda ticarət dövriyyəsi
© Sputnik / Elnur Salayev

2019-cu ilin yekunlarına görə, Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 3 mlrd. dollardan çox olub ki, bu da 2018-ci illə müqayisədə 18,5% çoxdur

Azərbaycanın hüquqi və fiziki şəxsləri 195 ölkədən olan tərəfdaşlarla ticarət əməliyyatı həyata keçirib. Bu barədə Dövlət Gömrük Komitəsinin 2019-cu ildə ticarət dövriyyəsinə həsr olunmuş hesabatında bildirilir.

Ötən il ölkənin xarici ticarət dövriyyəsi 33,302 milyard dollar təşkil edib. Onlardan 19,635 milyard dolları ixracın, 13,667 mlrd. dollar isə idxalın payına düşür. Eyni zamanda müsbət saldo artaraq 5,968 mlrd. dollara çatıb.

2019-cu ilin yekunlarına görə, Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 3 022 mlrd. dollar təşkil edib ki, bu da son on il ərzində ən yüksək göstəricidir. Bundan əlavə, respublikanın Rusiya Federasiyası ilə 1.555 milyard dollar məbləğində mənfi ticarət balansı var.

Azərbaycanın son on il ərzində xarici ticarət dövriyyəsi ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

Digər infoqrafikalar

Əsas mövzular