08:44 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Elnur Salayev

Yanvarda Azərbaycana səfər edən turistlərin sayının nə qədər artdığı, onların hansı istəqamətlərə üstünlük verdiyi barədə ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

Azərbaycanda qış turizmi sürət yığmağa başlayıb. Bunu son statistik məlumatlar da təsdiqləyir. Qışda vətəndaşları Azərbaycana səfər edən və burada dincələn lider ölkələr üçlüyünü bu ilin yanvarında Rusiya, Gürcüstan və Türkiyə təşkil edib.

Bununla yanaşı, respublikanın qonaqları arasında Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya, eləcə də İrandan olanların da sayı az deyil.

Bu barədə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

Qeyd etmək lazımdır ki, əcnəbilərin çoxu qış aylarında Azərbaycana müəyyən qış idman növlərinə maraq səbəbilə gəlir. Bununla yanaşı, xarici turistlər səfərdən qabaq qış turizmi ilə bağlı bütün turistik istiqamətlər, dağ-xizək yolları və komplekslərinin mövcud olub-olmaması ilə bağlı ətraflı məlumat əldə edirlər.

Bütün bu məsələlər müvafiq dövlət qurumlarının 2020-ci il üçün fəaliyyət planına daxil edilib. Ötən il qış mövsümündə əcnəbilərin faydalana biləcəyi işgüzar səyahət imkanları geniş şəkildə reklam edilib.

Digər infoqrafikalar

Əsas mövzular