Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda pensiyaların indeksləşdirilməsi

Abunə olmaq
"Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" sərəncamdan irəli gələn yeniliklər barədə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz

BAKI, 7 fevral — Sputnik. Azərbaycan Respublikası Prezidentinin Əmək pensiyalarının indeksləşdirilməsi haqqında 6 fevral 2020-ci il tarixli sərəncamı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir vacib addımdır. Sərəncama əsasən, əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6% artırılır. Qanun pensiyaçıların 93%-ni və ya 1 120 000-ə yaxın pensiyaçını əhatə edir. Bu qanunun tələbinin yerinə yetirilməsi üçün ildə 560 mln. manat və ya ayda 47 mln. manat vəsaitin xərclənməsi nəzərdə tutulur.

Bu artımdan sonra Azərbaycanda orta aylıq pensiyanın məbləği 262 manatdan 300 manatadək yüksəlib. Sərəncam 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minir və yanvar ayı üçün nəzərdə tutulan artım fevral ayının pensiyasına əlavə ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı ""Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanunu"na əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən etibarən 160 manatdan 200 manata qaldırılmışdı.

"Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" sərəncamdan irəli gələn yeniliklər barədə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

Xəbər lenti
0