14:10 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İnfoqrafika: Bakıda ictimai nəqliyyat
© Sputnik / Elnur Salayev

Son illərdə sənayenin planlı islahatının bir hissəsi olan paytaxtın ictimai nəqliyyat sistemində xeyli dəyişikliklər baş verib

Hazırda avtobuslar Azərbaycan paytaxtının əsas nəqliyyat vasitəsi olaraq qalır. Son bir ildə sərnişinlərin rahatlığını daha çox təmin etmək üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) bir çox dəyişikliklər etməsi təəccüblü deyil.

Beləliklə, bu məqsədlə 371 ədəd yeni avtobus alınıb, avtobus pavilyonları təmir edilib, ictimai nəqliyyat nağdsız ödəniş sisteminə qoşulub, bir sıra marşrut xətləri dəyişdirilib, qarajlar şəbəkəsi genişləndirilib. Ümumiyyətlə, paytaxtın ictimai nəqliyyat sistemində iki mindən çox avtobus var.

Bundan əlavə, 2019-cu ildə tıxacların qarşısını almaq üçün BNA minik avtomobillərinin yol kənarlarında parklanmasını qadağan edib və yollarda "sarı tor" nişanlamasını tətbiq etməyə başlayıb.

Gələn ilin planına uyğun olaraq, Nəqliyyat Agentliyi "Bakıkart"ın balansının onlayn artırılması sisteminə keçməyə cəhd edəcəyinə söz verib. Bu, terminallarda növbələrin qarşısını almağa və sərnişinləri ən uyğunsuz anda terminalların səhvləri ilə qarşılaşmaq riskindən qorumağa imkan verəcək.

Hal-hazırda 500-dən çox nəqliyyat vasitəsində gedişhaqqı vahid kartlar vasitəsilə ödənilir. 2020-ci ildə bütün paytaxt nəqliyyatının nağdsız gedişhaqqı ödəmə sisteminə keçməsi planlaşdırılır. İctimai nəqliyyat sistemi haqqında daha çox məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz.

Digər infoqrafikalar

Əsas mövzular