Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Yeni ildə harada nə qədər xərcləyirlər

Abunə olmaq
Ayrı-ayrı ölkələrdə bayram süfrəsinə və hədiyyələrə nə qədər vəsait xərcləndiyi barədə daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

Bu il orta statistik azərbaycanlı yeni ildə ötən ilə nisbətən 4% çox pul xərcləməli olacaq (cəmi 200 dollar). Ancaq məlumunuz olsun ki, azərbaycanlılar Yeni il süfrəsinə və hədiyyələrə ən az pul xərcləyən ölkələr sırasındadır. Doğrudur, biz yeni ildə qardaş Türkiyədən daha səxavətli davranırıq.

Nə qədər qəribə görünsə də, Avropada Yeni ili ən bahalı süfrə və hədiyyələrlə Çexiya qeyd edir. Bu ölkədə orta statistik vətəndaş bayramda orta hesabla 527 dollar xərcləyir. Onu İrlandiya (511 dollar) və Böyük Britaniya (500 dollar) izləyir. Maraqlıdır ki, Avropanın ən zəngin ölkəsi olan Almaniyada Yeni ildə o qədər də israfçılıq edilmir. Orta statistik alman bayram süfrəsi və hədiyyələrə cəmi 286 dollar xərcləyir.

Bayramda ruslar azərbaycanlılardan 20 dollar artıq xərcləyirlər. Qazaxlar isə bayrama ruslardan bir qədər çox, almanlardan isə cəmi 15 dollar az vəsait sərf edirlər.

Dünyanın ayrı-ayrı ölkələrində bayram süfrəsinə və hədiyyələrə nə qədər vəsait xərcləndiyi barədə daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

Xəbər lenti
0