09:25 27 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İnfoqrafika: Özünü və yaxınlarını qoru
© Sputnik / Elnur Salayev

2019-cu ilin yanvar-sentyabr aylarında ölkəmizdə baş verən yol-nəqliyyat hadisələri və onların başvermə səbəbləri haqqında Sputnik Azərbaycan-ın infoqrafikasından ətraflı məlumat əldə edə bilərsiz

Bu ilin yanvar-sentyabr aylarında 1274 və yaxud ötən ilin analoji dövrü ilə müqayisədə 0,8% az yol-nəqliyyat hadisəsi baş verib. Qurbanların sayı 2,0% azalıb və 1735 nəfər təşkil edib.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, hadisələrin 46,2%-i gündüz, 36,1%-i gecə, 17,7%-i alatoranlıqda, 29,1%-i isə şənbə və bazar günləri baş verib.

Yol-nəqliyyat hadisələrinin 42,0%-i nəqliyyat vasitələri və piyadalarla baş verib.

Yol qəzalarının əsas səbəbləri sürət həddinin aşılması, məsafənin düzgün təyin edilməməsi, yol hərəkəti qaydalarına riayət olunmaması və avtomobillərdə baş verən texniki nasazlıqlardır. Avtomobillərin əyləc məsafəsi yolun vəziyyətinə uyğun olaraq dəyişir. Saatda 60 km sürətlə hərəkət edən avtomobilin əyləc yolu quru asfaltda 20, yaş asfaltda 35, qar örtüyü olan yolda 70, buzlu yolda isə 140 metrdir.

Qeyd edək ki, mütəxəssislər böyüklərə və uşaqlara gecə vaxtı uzaq məsafədən fərq edilən geyimlər geyinməyi və işıqqaytarıcı elementlərdən istifadə etməyi tövsiyə edirlər. Gecələr qara rəngli geyimlər əsla seçilmir. Göy rəng 17, qırmızı 24, sarı 37, ağ 55 m, işıqqaytarıcı elementlər isə 130 metrdən fərq edilir. Odur ki, özünüzü və doğmalarınızı gecə vaxtı avtomobillərdən qorumaq üçün geyimlə bağlı şərtlərə əməl etməyə çalışın.

2019-cu ilin yanvar-sentyabr aylarında ölkəmizdə baş verən yol-nəqliyyat hadisələri və onların başvermə səbəbləri haqqında Sputnik Azərbaycan-ın infoqrafikasından ətraflı məlumat əldə edə bilərsiz.

Digər infoqrafikalar

  • İnfoqrafika: Sosial kirayə mənzilləri
    Last update: 16:45 24.01.2020
    16:45 24.01.2020

    Sosial evlərin kirayəsi: müraciətlərin qəbuluna başlanılıb

    Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, Bakıda satmaq öhdəliyi ilə kirayə veriləcək mənzillərin aylıq kirayə haqqı 411 manat, Xırdalanda 333 manat, Sumqayıtda isə 297 manatdan başlayır.

    412
  • Azərbaycanda qadın sahibkarların sayı
    Last update: 11:00 21.01.2020
    11:00 21.01.2020

    Azərbaycanın biznes-lediləri

    Sahibkar qadınlara maliyyə dəstəyinin verilməsi üçün 115 milyon manatdan çox güzəştli kredit nəzərdə tutulub. Bu kreditləri dörd mindən artıq biznes-ledi əldə edib.

    933
  • İnfoqrafika: Azərbaycanda qida zəhərlənmələri
    Last update: 11:00 17.01.2020
    11:00 17.01.2020

    Azərbaycanda qida zəhərlənmələri - rəqəmlərdə

    Azərbaycanda qida zəhərlənmələri halları il boyu müşahidə olunur, lakin əvvəlki dövrlərlə müqayisədə intoksikasiya statistikası azalmağa başlayıb

    1105
  • İnfoqrafika: Azərbaycanda taxıl əkini
    Last update: 12:45 14.01.2020
    12:45 14.01.2020

    Bu il haradan hansı məhsulu gözləməli: 2020-ci ilin xəritəsi

    Azərbaycanda 2020-ci ilin məhsulu üçün 1 019 200 hektar sahəyə payızlıq bitkilər səpilib, yayda buğda, arpa və çovdarımız bol olacaq

    428

Əsas mövzular