17:05 12 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.8941
© Sputnik / Elnur Salayev

Respublikada övladlığagötürmə üzrə yeni qaydalar hazırlanıb və tətbiq olunub: Bundan sonra sənədləri onlayn təqdim etmək mümkün olacaq, uşaqların özləri isə gələcək valideynlərini seçə biləcəklər

Azərbaycanda valideyn qayğısından məhrum olan uşaqların sayı artıb. Belə bir tendensiyanın olmasını yeniyetmələr üçün olan internat məktəbləri və sığınacaqlardan əldə olunan məlumatlar göstərir. Lakin ümid var ki, övladlığagötürmə ilə bağlı yeni sistemin işə salınması ilə əlaqədar vəziyyət dəyişsin.

Hazırda üç körpələr evində üç yaşına kimi təxminən 150-yə yaxın uşaq var. Bu yaşdan sonra onlar Təhsil Nazirliyinin nəzarətində olan uşaqlar evinə köçürülür.

Statistikaya əsasən, ən çox beş yaşına qədər uşaqlar övladlığa götürülür. Hazırda övladlığagötürmə üzrə mərkəzləşdirilmiş proses Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Qurum noyabrın 1-dən övladlığa uşaq götürmək istəyən şəxslər üçün xüsusi sistemi işə salıb. Yeri gəlmişkən, ögey valideynlər yalnız ailə cütlükləri deyil, həmçinin müəyyən yaşa qədər tək şəxslər də ola bilərlər. Daha bir yenilik isə bundan sonra uşaqların da bu və ya digər ailələri seçə bilməsidir.

Övladlığagötürmə üzrə qaydalara son dəyişikliklər Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər dövlət strukturlarından olan onlarla ekspert və nümayəndələr tərəfindən hazırlanıb.

Sığınacaqlarda olan uşaqlar haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikadan öyrənmək olar.

Digər infoqrafikalar

  • İnfoqrafika: Azərbaycan gömrüyündə qanun pozuntuları
    Last update: 11:00 10.12.2019
    11:00 10.12.2019

    Gömrük razılıq vermir: Azərbaycan sərhədində qanun pozuntuları

    Bu ilin ilk on ayı ərzində Azərbaycanın gömrük keçid məntəqələrində cinayət hadisələrinin sayı iyirmi faiz artıb

    1650
  • İnfoqrafika: Azərbaycanda mənzil bron etmək: harada və neçəyə
    Last update: 11:00 29.11.2019
    11:00 29.11.2019

    Azərbaycanda bron edilmiş yerlər

    Mənzil bron edərkən nələrə diqqət yetirmək lazımdır, müxtəlif ölkələrdə sutkalıq mənzillərin qiymətləri necədir, Azərbaycanın hansı otellərində nə qədər adam gecələyib?

    782
  • İnfoqrafika: 2019-cu ildə idxal və ixrac
    Last update: 11:00 26.11.2019
    11:00 26.11.2019

    Azərbaycanda idxal və ixracla bağlı hər şey

    Rusiya Azərbaycana məhsul ixrac edən ölkələr arasında liderdir, İtaliya isə Azərbaycanın ixrac məhsullarını alan əsas ölkədir

    1495
  • Last update: 11:00 21.11.2019
    11:00 21.11.2019

    Cəbiş müəllim: Neft Daşları -70 il

    Cəbiş müəllim bu dəfə çoxlarının dünyanın 8-ci möcüzəsi hesab elədiyi Neft Daşlarının yaranmasından, açıq dənizdə ilk neft quyusunun qazılması tarixindən danışır.

    996

Əsas mövzular