CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda güzəştli mənzillər: Harada, necə və neçəyə əldə etmək olar

Abunə olmaq
Dövlət Agentliyi vətəndaşların münasib qiymətə mənzil almasına şərait yaratmaq və bununla da Azərbaycan vətəndaşlarının mənzil ehtiyaclarını təmin etmək məqsədilə tikinti layihələrini həyata keçirir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 469 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nda dəyişikliklər edilib.

Dövlət Agentliyi vətəndaşların münasib qiymətə mənzil almasına şərait yaratmaq və bununla da Azərbaycan vətəndaşlarının mənzil ehtiyaclarını təmin etmək məqsədilə tikinti layihələrini həyata keçirir.

Əhalinin istifadəsi üçün güzəştli ipoteka krediti verilməsi və gözləmə qaydasında mənzil seçimi üçün ilkin müraciətlərin elektron kabinetlərdə yerləşdirilməsi xidməti təqdim edilib.

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində güzəştli şərtlərlə satılacaq 1 654 mənzil var. Agentliyin ikinci layihəsi Hövsan Yaşayış Kompleksi 11 çoxmənzilli yaşayış binasından ibarətdir və 2 962 ailəni mənzillə təmin edəcək.

Növbəti layihə Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha torpaq sahəsindəki yeni yaşayış kompleksinin tikintisi də sürətlə davam etdirilir. Kompleks 22-si doqquzmərtəbəli və 18-i on iki mərtəbəli olmaqla 40 yaşayış binasından ibarət olacaq. Agentlik sərəncamında olan 1458 mənzili "Güzəştli mənzil" elektron sistemi vasitəsilə satışa çıxaracaq və güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif edəcək.

Agentliyin daha bir layihəsi isə Sumqayıt şəhərində reallaşdırılacaq. Belə ki, Sumqayıt şəhərində 0,76 ha torpaq sahəsində 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasının tikintisi nəzərdə tutulur. Bu binalarda ümumilikdə 144 mənzil olacaq.

Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdirdiyi "Güzəştli mənzil"lərlə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

Xəbər lenti
0