Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın idman arenaları

Abunə olmaq
Respublikanın idman sahəsindəki nailiyyətləri, idmançıların beynəlxalq yarışlardakı uğurları, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, 64 idman federasiyasının, 63 idman klubunun və 66 idman cəmiyyətinin gərgin əməyinin nəticəsidir

Son illər ərzində Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Respublikanın idman sahəsindəki nailiyyətləri, idmançıların beynəlxalq yarışlardakı uğurları, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, 64 idman federasiyasının, 63 idman klubunun və 66 idman cəmiyyətinin gərgin əməyinin nəticəsidir.

İlk dəfə olaraq Avropanın iki ən güclü klubu 29 may 2019-cu il tarixində Bakı vaxtı ilə saat 23:00-da UEFA-nın Avropa Liqasının final matçını Azərbaycanda keçirəcək. Matç Bakı Olimpiya Stadionunda baş tutacaq. 2015-ci ildə açılmış bu arenada AVRO-2020-nin final mərhələsinin 3 matçının da keçirilməsi qərara alınıb.

Stadiona 70 min nəfərədək tamaşaçı yerləşir. Finalı ziyarət edənlərin sayı 1999-cu ildə Moskvada keçirilən oyunun ziyarətçilərinin rekordunu ötüb-keçəcək. O vaxt "Parma" və "Latsio"nun görüşünü 62 min tamaşaçı izləmişdi. Belə miqyaslı idman yarışları Azərbaycanda yüksək səviyyədə təşkil olunur, bu istiqamətdə məqsədyönlü fəaliyyət aparılır və artıq bütün hazırlıq işləri başa çatdırılıb. Azərbaycanın idman arenaları barədə ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz.

Xəbər lenti
0