12:20 26 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
İnfoqrafika Ana ölümü
© Sputnik / Elnur Salayev

Sputnik Azərbaycan-ın xüsusi infoqrafikası dünyada və Azərbaycanda ana ölümlərindən bəhs edir.

Dünyada hər gün yeni doğuşla əlaqədar olaraq 830 qadın dünyasının dəyişir. Azərbaycan Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə ana ölümlərinin sayı aşağı düşüb.

Həmin məlumatlarda qeyd olunur ki, 2017-ci ildə ölkədə ana ölümləri əmsalı hər 100 min yeni doğuşa 14,6 nəfər olub. 2018-ci ildə bu göstərici 12,2 nəfərədək aşağı düşüb.

Respublikada körpə ölümlərinə gəlincə, 2016-cı ildə bu göstərici 11,4 (hər 1000 diri doğulmuş 1 yaşadək uşaqlar) olub.

Hesabata görə, uşaq ölümləri əmsalı 2017-ci ildə 11,1 nəfərədək aşağı düşüb. 2018-ci ildə isə bu barədə məlumat hələlik yoxdur.

Azərbaycanda ana və uşaq ölümləri ilə bağlı ətraflı məlumatları Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından əldə edə bilərsiz.

Digər infoqrafikalar

Əsas mövzular