Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Formula 1 turistləri Bakıda və ya paytaxtımızın "rəqəmsal təbliğatı" - İNFOQRAFİKA

Abunə olmaq
"Kral yarışları" ölkənin regionun turizm mərkəzinə çevrilməsini təmin etmək üçün irəli sürülmüş milli strategiyanın mərhələlərindən biridir

Formula-1 Azərbaycan Qran-Prisinin növbəti mərhələsinin başlanması ilə əlaqədar olaraq paytaxta xarici qonaqların axını çoxalıb. "Kral yarışları" ölkənin regionun turizm mərkəzinə çevrilməsini təmin etmək üçün irəli sürülmüş milli strategiyanın mərhələlərindən biridir.

Eyni zamanda, müasir rəqəmsal texnologiyalar olmadan, turistlərin bu yarışlarla bağlı təəssüratlarını bütün dünyaya yayması mümkün deyil.

Sputnik Azərbaycan-ın infoqrafikasında bizim şəhərə "Formula-1"-i canlı surətdə izləməyə gələn turistlərin "rəqəmsal" portreti əksini tapıb.

Formula-1 Azərbaycan Qran-Prisi 26-28 aprel tarixlərində keçiriləcək.

Azərbaycan paytaxtında ilk yarışlar 17-19 iyun 2016-cı il tarixində Avropa Qran-prisi adı altında uğurla keçib. 2017-ci ildən etibarən Bakı yarışları Azərbaycan Qran-prisi adlandırılmağa başlayıb.

2016-cı ildə Azərbaycanda keçirilən "Formula-1" yarışının qalibi Niko Rozberq olub. 2017-ci ildə Bakı Qran-prisini Red Bull komandasından Daniel Rikkardo qazanıb. 2018-ci ildə isə yarış Mersedes komandasının pilotu Lyuis Hamiltonun qələbəsi ilə başa çatıb.

Xəbər lenti
0