Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Bizim "Cəbiş müəllim" Xalq artisti haqqında danışır

Abunə olmaq
Aprel ayında Hacıbaba Hüseynovun dünyaya gəlişinin 100 illiyi tamam olur

BAKI, 17 aprel — Sputnik. "Cəbiş müəllim" bu dəfə Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Hacıbaba Hüseynovun həyat və yaradıcılığı haqqında danışır.

Aprel ayında Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Hacıbaba Hüseynovun dünyaya gəlişinin 100 illiyi tamam olur. Qədim muğam sənətinin ənənələrini davam etdirən xanəndə ifaçılıq mədəniyyətində parlaq obraz yaradaraq, bir neçə nəsil istedadlı xanəndələr yetişdirib.

Sputnik Azərbaycan-ın "Cəbiş müəllim" layihəsinin növbəti buraxılışında dahi xanəndənin yaradıcılığının unikal üstünlüklərindən, bənzərsiz sənətkarlığından, ənənələrə və əsl Azərbaycan musiqi dilinə sadiqliyindən danışılacaq.

Xəbər lenti
0