13:23 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Ən insani reytinqdə Azərbaycanın yeri
© Sputnik / Elnur Salayev

BMT-nin İnsan inkişafının indeksinə müvafiq olaraq, Azərbaycan 0,757 əmsalla insan inkişafının yüksək olduğu ölkələr siyahısına daxil olub

Azərbaycanda insan ömrünün orta uzunluğu 72,1 il, ömrü boyu təhsilin orta uzunluğu 12,7 ildir. Onun 10,7 ili məktəb illərinin payına düşür. Əhalinin adambaşına düşən ümumi milli gəlir 15,6 min dollar dəyərləndirilir.

BMT-nin İnsan potensialının inkişaf indeksinə görə ölkələr 4 kateqoriyaya bölünür: çox yüksək həyat səviyyəsi, yüksək həyat səviyyəsi, orta həyat səviyyəsi və aşağı həyat səviyyəsi.

Postsovet ölkələrindən birinci kateqoriyaya Estoniya (30-cu yer), Litva (35), Latviya (41), Rusiya (49), Belarus (53) və Qazaxıstan (58-ci yer) daxildirlər.

Yüksək həyat səviyyəsi kateqoriyasına Gürcüstan (70), Azərbaycan (80), Ermənistan (83), Ukrayna (88), Özbəkistan (105), Türkmənistan (108) və Moldova (112-i yer) daxil ediliblər.

İnsan potensialının inkişaf indeksi ilə bağlı daha dolğun məlumata Sputnik Azərbaycan-ın infoqrafikasında baxın.

Teqlər:
həyat səviyyəsi, İnsan potensialının inkişaf indeksi, kateqoriya, BMT, Azərbaycan, siyahı

Digər infoqrafikalar

Əsas mövzular