Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Varikozla necə mübarizə aparmaq olar

Abunə olmaq
Varikoz xəstəliyi venoz damarların patoloji genişlənməsidir və bu xəstəliyə daha çox ayaqlarda rast gəlinir

Qan damarları öz funksiyalarına görə arteriya və venalara bölünür. Arteriyalar ürəkdən aldığı oksigen və qida maddələri ilə zəngin olan “yüngül” al-qırmızı arterial qanı orqan və toxumalara daşıyır.

Tərkibindəki qida maddələri və oksigeni toxumalara verərək maddələr mübadiləsi qalıqlarını və karbon qazını onlardan alır, “ağır”, tünd qırmızı rəngə çevrilən venoz qanı isə venalar vasitəsi ilə geriyə-ürəyə qaytarır.

Bu zaman aşağı ətraf venaları daha çox gərginliyə məruz qalır. Çünki ürəyə doğru istiqamətləndirdikləri qanı ağırlıq qüvvəsinin əksi istiqamətində hərəkət etdirməli olurlar. Məhz bu gərginliyin nəticəsində aşağı ətrafdakı dərialtı venalar öz elastikliyini itirərək bir qədər dartılmış vəziyyətdə olur, bəzi yerlərdə venoz düyünlər (latın dilində “varix”) əmələ gəlir. Beləliklə də, venaların varikoz xəstəliyi yaranmış olur. 

Sputnik Azərbaycan-ın hazırladığı məqalədə bu xəstəlikdən qurtulma yolları barədə danışılır.

Xəbər lenti
0