Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ"ı "Məhsul"dan Çempionlar Liqasına aparan yol

Abunə olmaq
Avqustun 23-də Ağdamın "Qarabağ" klubu UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində cavab oyununa çıxaraq tarixi uğura imza atdı

Bir neçə gün əvvəl Ağdamın "Qarabağ" klubu futbol üzrə UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində ilk oyunda Danimarkanın "Kopenhagen" klubuna 1:0 hesabı ilə qalib gəldi.

Avqustun 23-də isə "Qarabağ" Danimarkada "Kopenhagen"lə təkrar görüşə çıxdı. Klubumuz bu görüşdə 1:2 hesabı ilə uduzsa da, rəqib meydanında vurduğu qol üstünlüyü onun Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə keçməsinə imkan verdi.

Bu qələbə ilə "Qarabağ" Azərbaycan futbolu tarixində bir ilkə imza atmış oldu. Azərbaycan klubları UEFA Çempionlar Liqasının bu mərhələsində indiyədək çıxış etməmişdilər.

Ümumilikdə isə "Qarabağ" Azərbaycan futbolunda bir çox ilklərin müəllifidir. Məhz bu klub Avrokuboklar çərçivəsində səfərdə uduzmayan, qələbə qazanan ilk Azərbaycan klubu olub. 1999-cu ildə "Qarabağ" İsrailin "Makkabi" klubuna qalib gələrək Avrokuboklarda mərhələ keçən ilk Azərbaycan komandası kimi tarixə düşdü. Klublarımız arasında Avropa Liqasının qrup mərhələsinə ilk vəsiqə qazanan da "Qarabağ"dır.

Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada bu klubun keçmişi və bu gününə aid maraqlı detallar toplanıb.

Xəbər lenti
0