Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

"İkinci əl" avtomobillər: devalvasiyadan əvvəl və sonra

Abunə olmaq
Azərbaycanda "ikinci əl" avtomobillərin qiymətləri dekabr devalvasiyasından sonra ciddi surətdə düşüb və tezliklə əvvəlki rəqəmlərin qayıtması gözlənilmir

Ötən həftə Sputnik əməkdaşı Badamdar qəsəbəsində yerləşən Azərbaycanın əsas avtomobil bazarında olaraq, "ikinci əl" maşınların qiymətləri ilə maraqlanıb. Məlum olub ki, onların qiymətləri dekabr devalvasiyasından sonra ciddi surətdə düşüb və tezliklə əvvəlki rəqəmlərin qayıtması gözlənilmir.

Bazardakı satıcıların sözlərinə görə, dekabr devalvasiyasından əvvəlki bir neçə ay ərzində avtomobillərin alqı-satqısında bir qədər canlanma hiss olunurmuş. Bazar tədricən öncəki fevral devalvasiyasından özünə gəlirmiş. Lakin satıcıların sözlərinə görə, hazırda avtomobil bazarı sadəcə staqnasiya vəziyyətindədir. Qiymətlər düşsədə, insanlar avtomobil almağa tələsmirlər.

Bubazardakı geriləməni satıcılar alıcılıq qabiliyyətinin düşməsi və çoxlarının qiymətlərin "dayanmasını" gözləyərək, gözləmə mövqeyini seçməsi ilə bağlayırlar. Onların proqnozlarına görə, işlənmişavtomobillərin qiymətləri düşməkdə davam edəcək, çünki öz maşınını satmaq istəyən çoxdur, alıcılar isə azalıb. Satıcılar avtomobili satmaq üçün qiymətləri aşağı salmağa məcbur olacaqlar.

Bu arada, ehtiyat hissələrinin ucuz olması və yanacağı qənaətlə işlətməsi səbəbindən Koreya istehsalçılarının avtomobillərinə maraq artıb. Avtomaşın sahibləri arasında ənənəvi olaraq populyar olan markalarda mövqelərini ciddi surətdə itirməyiblər. Üstəlik, satıcılar qeyd edirlər ki, getdikcə daha çox alıcı avtomobilin kreditlə alınması və ya barter edilməsi variantları ilə maraqlanırlar.

Azərbaycanda populyar olan 5 əsas avtomobil markasının 21 dekabr devalvasiyasından əvvəlki və sonrakı qiymətləri hazırladığımız infoqrafikada əksini tapır.

Xəbər lenti
0