QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şəkili usta ikinci dəfə ölümdən qurtara bilmədi: Əcəl onu Qubadlıda haqladı

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan, 1920, 13.09.2021
Abunə olmaq
Şəkili Elburus Əsədovu həyatında ikinci dəfə elektrik cərəyanı vurub. Bu dəfə Əsədov kəfəni yırta bilməyib.
BAKI, 13 sentyabr – Sputnik. Qubadlıda 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Şəki rayonunun Şorsu kənd sakini, 40 yaşlı Əsədov Elburus Nüsrət oğlu Qubadlı rayonu ərazisində elektrik naqilləri çəkərkən onu cərəyan vurub. Ağır yanıq xəsarətləri alan kişi tibb müəssisəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Yaxınlarının sözlərinə görə, Elburus Əsədovu 3 il əvvəl də dirəyin üzərində işləyərkən elektrik cərəyanı vurub. Lakin həmin vaxt o 1-2 saat sonra özünə gəlib.
Həmçinin oxuyun:
İki azyaşlını elektrik cərəyanı vurdu - Ölən var
Bərdədə restoranda xidmətçiləri elektrik cərəyanı vurub, ölən var
Elektrik cərəyanın vurduğu fəhlə ilə bağlı cinayət işi açıldı
Xəbər lenti
0