11:14 25 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
HADİSƏ
Qısa URL
1769 0 0

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddələri ilə cinayət işi başlanıb.

BAKI, 3 sentyabr — Sputnik. Sentyabrın 3-ü saat 13 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Lənkəran rayon prokurorluğuna istinadən xəbər verir ki, aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Şaiq Məmmədov qeyd edilən ərazidə bıçaqla oğlu Vahid Məmmədlinin boyun nahiyəsinə xəsarət yetirib, onu qəsdən öldürdükdən sonra həmin bıçaqla öz boyun nahiyəsinə xəsarət yetirərək özünü öldürüb.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, bu son 5 gündə 2-ci uşaq ölümüdür. Aytən Niftəliyeva və 1 yaşlı qızı Tahirənin ölümü də bir neçə gündür ki, ölkədə rezonansa səbəb olub. Hələlik balaca Tahirənin ölümü ilə bağlı cinayət işi davam etdirilir.

Tahirənin nənəsinin mediada yayılan açıqlamasına görə, qızı Aytən hamilə olarkən də həyat yoldaşı Rəhman Niftəliyev tərəfindən zorakılığa məruz qalıb. Hadisə baş verən gün də onlar mübahisə ediblər. Daha sonra azyaşlı Tahirə Niftəliyeva üçüncü mərtəbədən yıxılaraq dünyasını dəyişib. Üçüncü mərtəbədən yıxıldığı deyilən ana isə bir neçə gün sonra dünyasını dəyişib.

Həmçinin oxuyun: 

* Baş Prokurorluq Səbaildə ana və balanın ölümü ilə bağlı məlumat yayıb

Döyülən uşaq xəstəxanada ölüb - Təfərrüat

Əsas mövzular