23:02 25 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
HADİSƏ
Qısa URL
34 0 0

Zaqataladakı zəlzələ bəzi insanlar tərəfindən hiss olunub. Zəlzələnin maqnitudası 2.8, dərinliyi 11 km olub.

BAKI, 17 avqust — Sputnik. Zaqatala rayonunda zəlzələ olub.

Bu barədə Sputnik Azərbaycan Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirilir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 13:37-də Zaqatala stansiyasından 15 km cənub-qərbdə, Zaqatala rayonunda qeydə alınıb. Zəlzələ bəzi insanlar tərəfindən hiss olunub.

Zəlzələnin maqnitudası 2.8, dərinliyi 11 km olub.

Bu yaxınlarda, avqustun 13-də, yerli vaxtla saat 16.28-də Muğan ərazisində zəlzələ olmuşdu. Respublika Seysmoloji Xidmət Mərkəzi Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumata görə, zəlzələ Saatlı stansiyasından 15 km şimalda, İmişli rayonunda qeydə alınmış, ancaq hiss olunmamışdı.

Eləcə də oxuyun:

Teqlər:
zəlzələ, Zaqatala

Əsas mövzular