22:53 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
HADİSƏ
Qısa URL
44 0 0

Moskva vaxtı ilə saat 00:50-də "Vityaz-Aero" şirkətinə məxsus Mİ-8 helikoterinin Kronotski qoruğu ərazisindəki Kurilsk gölünə düşdüyü barədə məlumat daxil olub. İlkin məlumata görə, uçan aparatın göyərtəsində 3 heyət üzvü və 13 sərnişin olub.

 

BAKI, 12 avqust — Sputnik. Rusiyanın Kamçatka diyarı ərazisində içində turistlərin olduğu Mİ-8 helikopteri qəzaya uğrayıb. Sputnik Azərbaycan bu barədə RİA Novostiyə istinadla məlumat yayıb.

İlkin məlumatlara görə, hadisə Kronotski qoruğu ərazisində baş verib və helikopter həmin ərazidəki görə düşüb. Helikopterin göyərtəsində 16 nəfər olub ki, onlardan da 8 nəfəri xilas edilib.

"Moskva vaxtı ilə saat 00:50-də "Vityaz-Aero" şirkətinə məxsus Mİ-8 helikoterinin Kronotski qoruğu ərazisindəki Kurilsk gölünə düşdüyü barədə məlumat daxil olub. İlkin məlumata görə, uçan aparatın göyərtəsində 3 heyət üzvü və 13 sərnişin olub. Təbii Fəlakat Tibb Mərkəzinin idarə heyəti xilasedicilərlə birlikdə hadisə yerinə yola düşüb. Əlavə məlumat veriləcək", – deyə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Bu arada, səhər saatlarında Life Shot Telegram kanalı Mİ-8 helikopterinin qəzaya uğradığı ərzidən kadrları yayımlayıb. Sözügedən video kadrlarda helikopter görünmür, uçan aparatın suyun 137 metr dərinliyinə qərq olduğu bildirilir. Kadrlarda sahildə toplaşmış xilasedicilər nəzərə çarpır.

Hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, Mİ-8 helikopteri heyətin səhvi ucbatından qəzaya uğrayıb. Məlumatda bildirilir ki, helikopter qatı duman şəraitində eniş etdiyindən hava aparatının komandiri hara endiyini müyyənləşdirə bilməyib. Bu səbəbdən də ilkin məlumata görə, pilotun səhvən helikopteri suya endirdiyi ehtimal olunur. Bundan başqa bildirilib ki, Mİ-8 suya düşən kimi dərhal gölün dibinə gedib. “Özünü itirməyib 10 metr dərinlikdən üzüb çıxa bilənlər sağ qalıb”, – deyə məlumatda qeyd olunur.

Həmçinin oxuyun:

Teqlər:
helikopter, Mi-8 helikopteri, qəza, səhv

Əsas mövzular